Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib

26 Dekabr 2025 15:57 (UTC+04:00)

Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Nazirin sözlərinə görə, Ukraynaya yardımın həcmi isə 75 milyon manata çatıb:

"Azərbaycan həmçinin xalqımızla etnik və mədəni bağlara malik xalqlar üçün də təhsil qrantları səviyyəsində vəsait ayrırmaqda davam edib".