XİN başçısı: Azərbaycan bu ildən bir sıra ölkələrin enerji layihələrində pay sahibi olub

26 Dekabr 2025 16:21 (UTC+04:00)

Azərbaycan 2025-ci ildən etibarən, bir sıra ölkələrə investisiyalar yatıraraq enerji layihələrində pay sahibi olub.

Aznews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın enerji ixracını əhəmiyyətli şəkildə genişləndirib:

"Bu ilə qədər biz bir sıra ölkələrə enerji məhsulları ixrac edirdik. 2025-ci ildən etibarən isə artıq bir çox ölkələrə investisiya yatıraraq şirkətlərdə, layihələrdə pay sahibi olduq. Bu, Azərbaycanın iqtisadi və enerji diplomatiyasına yeni rəng qatır".