Bu il Azərbaycan Suriyaya 200 ton humanitar yardım göndərib

26 Dekabr 2025 16:25 (UTC+04:00)

Azərbaycan və Suriya arasında ikitərəfli intensiv təmaslar davam edir.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, dünyada gedən proseslər yeni çağırışlar, imkanlar yaradır:

"Hər bir dövlət də buna adaptasiya olaraq uyğun addımlar atır. Baxın, bir il bundan əvvəl Suriyada baş verən proseslərə. İndi isə Azərbaycanın Suriya ilə münasibətlərinə diqqət yetirin. Azərbaycan ilk gündən Suriyadakı prosesləri dəstəklədi. Prezident İlham Əliyevin tapşırığı ilə Suriyada dəyişiklikdən sonra bu ölkəyə humanitar yardım göndərildi, səfirlik bərpa edildi, keçid dövrü rəhbərinin Azərbaycana səfəri baş tutudu. Eyni zamanda, Azərbaycan Suriyaya qaz göndərdi. Bu gün də ikitərəfli təmaslar intensiv şəkildə davam edir".

Aznews.az