Ceyhun Bayramov: Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanla koordinasiyalı işləyir

26 Dekabr 2025 16:53 (UTC+04:00)

Türkiyə Ermənistanla münasibətlərində Azərbaycanla koordinasiyalı fəaliyyət həyata keçirir.

Aznews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabat tədbirində jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyə Azərbaycan üçün qardaş dövlət və müttəfiqdir:

"Bu münasibətlərin bənzəri yoxdur, çünki bunun bünövrəsində tarixi əlaqələr, dostluq, qardaşlıq dayanır. Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinə çox həssas yanaşıb".

Nazir diqqətə çatdırıb ki, Türkiyə XİN başçısı Hakan Fidan da onların İrəvanla münasibətlərinin Azərbaycan-Ermənistan münasibətlərinin irəliləyişindən asılı olduğunu deyib:

"Türkiyə və Ermənistan arasında uçuşlarla bağlı irəliləyişdən də məlumatlıyıq və bu məsələdə heç bir problem yoxdur".

Aznews.az