Qazaxıstanlı nazir: Gələn il Azərbaycanla birgə fiber-optik rabitə xətti layihəsi işə salına bilər

26 Dekabr 2025 17:15 (UTC+04:00)

2026-cı ilin üçüncü rübündə Xəzər dənizinin dibi ilə Qazaxıstan-Azərbaycan "Transxəzər Fiber-Optik Rabitə Xətti" layihəsinin işə salınması gözlənilir.

Aznews.az xəbər verir ki, bu barədə Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib.

Onun sözlərinə görə, marşrut hələ tamamlanmasa da, istifadə üçün sorğular artıq daxil olmağa başlayıb.

"Artıq indidən digər dövlətlərdən internet trafikini... hələ mövcud olmayan marşrut vasitəsilə ötürmək üçün müraciətlər daxil olur", - deyə o qeyd edib.