“Milli Şurada gizli oyunlar gedir” - Köçəri Nağıbəyli

13 Sentyabr 2013 10:48 (UTC+04:00)
"Xəbəri indi oxudum, hələlik yalnız onu deyə bilərəm ki, buna təəssüflənirəm".

Bunu AzNews.az-a "El" hərəkatının sədr müavini, politoloq Zəfər Quliyev bildirdi. Onun fikrincə, yaranmış vəziyyətə yalnız Milli Şura sədri Rüstəm İbrahimbəyovun Londona getməməsinin əsas səbəbləri açıqlanandan sonra aydınlıq gətirmək olar: "Onun Londona getməsinin əsas səbəbləri hələ açıqlanmayıb. Yalnız bu səbəbləri bildikdən sonra nəsə bir şərh vermək olar".

"El" hərəkatının sədri Eldar Namazovun daha bir müavini Köçəri Nağıbəyli isə Milli Şura sədrinin Londona getməməsini sualla qarşıladı: "Getməyib? Nə bilim, vallah. Deyəsən, gizli oyunlar gedir".

Bahar Rüstəmli
AzNews.az