Rusiyada azərbaycanlılar saxlanıldı

13 Sentyabr 2013 10:49 (UTC+04:00)
İki Azərbaycan vətəndaşı Rusiyanın Saxalin vilayətinin İzmençivoe gölündə qırmızı balıqla tutulub.

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, onlar mikroavtobusda Yaponiya istehsalı olan yarım ton ket balığı aparırmış.

Balıq polis tərəfindən müsadirə olunaraq saxlanmaq üçün müvafiq qurumlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

AzNews.az