Köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb, açarlar təqdim olunub - FOTO - YENİLƏNİB

27 Dekabr 2025 14:35 (UTC+04:00)

Bu gün Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç prosesi həyata keçirilib.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Aznews.az-a , bu mərhələdə kəndə 10 ailə olmaqla ümumilikdə 44 nəfər köçürülüb.

Kəndə çatan sakinlər qarşılandıqdan sonra onlara Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları tərəfindən yeni bərpa olunmuş fərdi yaşayış evlərinin açarları təqdim edilib.

Qeyd edək ki, Vəngli kəndində bərpa və yenidənqurma işləri mərhələli şəkildə aparılır, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılıb.

Köç prosesinin növbəti mərhələlərdə də davam etdirilməsi nəzərdə tutulur.

***

13.23

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.

Aznews.az xəbər verir ki, bu mərhələdə Vəngli kəndinə 10 ailənin (44 nəfər) qayıdışı təmin edilib.

***

12.16

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Aznews.az xəbər verir ki, bu mərhələdə Ağdərə rayonunun Vəngli kəndinə 10 ailənin (44 nəfər) qayıdışı təmin edilir.

Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.