Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq

27 Dekabr 2025 17:11 (UTC+04:00)

Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Aznews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin tibbi-meteoroloji proqnozunda bildirilib.

Məlumata əsasən, narahatlığa səbəb dekabrın 28-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənməsi ehtimalıdır.