Azərbaycan polad boru istehsalını 2 dəfədən çox artırıb

27 Dekabr 2025 17:38 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 199 min ton polad boru istehsal edilib.

Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu il dekabrın 1-nə olan vəziyyətə görə, ölkədə 3,8 min ton hazır məhsul ehtiyatı olub.

2024-cü ildə Azərbaycanda 109,8 min ton polad boru istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 62,3 % azdır.