Dünyanın ən populyar oyuncaqlarından birinə çevrilmiş Labubu adlı elf personajın 10 illiyi münasibətilə “Asia Society Center” kütləvi sərgi keçirilib.
Aznews.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Sərgidə Labubunun çinli yaradıcısı yazıçı-rəssam Kasinq Lunqun yaratdığı başqa personajların oyuncaqları və əsərləri də təqdim olunub.
2024-cü ilin yekunlarına əsasən, Labubu Şərqi və Cənub Şərqi Asiyada, o cümlədən Çin, Tailand, Sinqapur, Cənubi Koreya və Yaponiyada ən populyar oyuncaq olub. 2025-ci ildə isə bu dişli elf ABŞ-dan Rusiyaya kimi hər yerdə əsas oyuncaq trendinə çevrilib.
Kasinq Lunq peşəkar yaradıcılığına 2015-ci ildə Skandinav əsatirlərindən ilhamlanaraq yazdığı “The Monsters” (“Bədheybətlər” –red.) adlı hekayələr silsiləsi ilə qədəm qoyub. 2019-cu ildə rəssam və yazıçı Çin oyuncaqlar istehsalçısı Pop Mart şirkəti ilə müqavilə bağlayıb və şirkət onun qəhrəmanları mövzusunda kuklalar istehsal etməyə başlayıb. Labubu personajı tədricən böyük populyarlıq qazanıb. Hazırda kukla 300-dən çox müxtəlif rəng, forma və ölçüdə istehsal olunur.