Sabirabadda avtomobil kanala aşıb, ölən var.
Aznews.az xəbər verir ki, hadisə rayonun Əsədli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1987-ci il təvəllüdlü Məmmədov Araz Adil oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib, avtomobil kanala düşüb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.