Çexiyada polis atışma təhlükəsinə görə ticarət mərkəzindən insanları təxliyə edib

27 Dekabr 2025 23:11 (UTC+04:00)

Çexiya polisi atışma təhlükəsinə görə Teplis şəhərindəki ticarət mərkəzində müştəri və işçilərin təcili təxliyəsini həyata keçirib.

Aznews.az xəbər verir ki, bu barədə Çexiya Xəbər Agentliyi (ÇXA) məlumat yayıb.

Məlumata görə, silahlı insident təhdidi barədə məlumat təxminən saat 15:00-da (Bakı vaxtı ilə 18:00) polisə daxil olub. Təhlükəsizlik tədbirləri gücləndirilib. Polisə zəng edən şəxsin axtarışına başlanılıb.

Qeyd edək ki, Teplis Çexiyanın şimal-qərbində ən böyük şəhərlərdən biridir.