Kəlbəcərdə qarın hündürlüyü 35 santimetri keçib

28 Dekabr 2025 11:00 (UTC+04:00)

Dekabrın 28-də gecə yarısından başlayaraq Kəlbəcər rayonuna qar yağmağa başlayıb.

Yerli sakinlərin verdiyi məlumata görə, Kəlbəcər şəhərinə qarın hündürlüyü 15, yüksək dağlıq ərazilərdə isə 35 santimetri keçib. Havanın temperaturu - 2°-dir.

Aznews.az