Milli Şura partiya bayraqlarından imtina etdi - Özəl

13 Sentyabr 2013 11:07 (UTC+04:00)
"Milli Şura artıq partiyalardan ayrılmalıdır"


Milli Şuranın növbəti mitinqində quruma daxil olan partiyalardan heç birinin bayrağı qaldırılmayacaq.

Bu barədə AzNews.az-a Milli Şuranın mitinq komitəsinin rəhbəri Asəf Quliyev məlumat verib. O bildirib ki, mitinq komitəsinin dünən keçirilən toplantısında bu məsələ ilə bağlı qərar qəbul edilib: "Komitənin iclasında qərara alındı ki, sentyabrın 22-də keçiriləcək mitinqdə heç bir partiyanın bayraqları qaldırılmasın. Hesab edirik ki, Milli Şura artıq partiyalardan ayrılmalıdır. Növbəti mitinqdə Milli Şuranın öz bayraqları qaldırılacaq".

A.Quliyev bildirib ki, bəzi xırda texniki məsələlər həll edildikdən sonra MŞ-in bayraqları sifariş veriləcək və növbəti mitinqə qədər bütün bayraqlar və plakatlar hazır olacaq.

Qeyd edək ki, Milli Şuranın növbəti mitinqi sentyabrın 22-də saat 17:00-da Yasamal rayonunda yerləşən keçmiş Qələbə meydanının yaxınlığındakı stadionda keçiriləcək.

Anar
AzNews.az