Şeyxin qudası qarğış etdi

13 Sentyabr 2013 11:13 (UTC+04:00)
"Azərbaycanın bu qədər inkişafını görməməzliyə vurmaqmı olar?"


Bunu parlamentin Regional məsələlər komitəsinin sentyabrın 13-də keçirilən 2013-cü il payız sessiyası ilə bağlı ilk iclasında çıxışı zamanı sözügedən komitənin üzvi Hacı Qalib Salahzadə deyib.

Deputat çıxışı zamanı qeyd edib ki, son illər Azərbaycanın sürətli inkişafı göz önündədir və indi kimlərinsə bunu görməməzliyə vurması insafsızlıqdır:

"Bu gün Azərbaycanın bütün regionları inkişaf etməkdə, gözəlləşməkdə, abadlaşmaqdadır. Demək olar ki, şəhərlə kəndin fərqi yoxdur. Bakıda olan şərait rayonlarda, kəndlərdə var. Kəndlərdə, rayonlarda olan şərait Bakıda. İndi bunları görməyənlər, uğurlarımızı gözü götürməyənləri Allahın bəlası tutacaq. Mən bunu Hacı kimi deyirəm. Onlar Allahın bəlasına gələcək".(modern.az)

AzNews.az