On dörd yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb

28 Dekabr 2025 19:10 (UTC+04:00)

On dörd yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi yekunlaşıb.

Aznews.az xəbər verir ki, mübarizənin son günündə komanda yarışları keçirilib.

Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.