Ötən gecə ərzində Rusiya regionları və Azov dənizi üzərində Ukraynaya məxsus 89 pilotsuz uçuş aparatı (PUA) HHM qüvvələri tərəfindən aşkar edilərək zərərsizləşdirilib.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Qeyd edilib ki, Bryansk vilayəti üzərində 49, Novqorod vilayəti üzərində 18, Adıgeya Respublikası üzərində 11, Krasnodar diyarı üzərində 7 pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib və məhv edilib.
Bundan əlavə, Azov dənizi akvatoriyası, eləcə də Oryol, Rostov və Smolensk vilayətləri üzərində hər birində 1 PUA zərərsizləşdirilib.