Fatih Altaylı azadlığa buraxılıb

29 Dekabr 2025 20:19 (UTC+04:00)

Türkiyəli tanınmış jurnalist Fatih Altaylı azadlığa buraxılıb.

Aznews.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bu ilin iyun ayında həbs edilən jurnalist məhkəmənin qərarı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Xatırladaq ki, Fatih Altaylı Türkiyə Prezidentini təhdid etməkdə ittiham olunurdu.