Ukrayna ordusu Rusiya prezidentinin iqamətgahına hücum etmək üçün uzaqmənzilli dronlardan istifadə edib.
Aznews.az xəbər verir ki, bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında söhbətdən sonra keçirilən brifinqdə bildirib.
Uşakov qeyd edib ki, rəsmi Kiyev Novqorod vilayətindəki Rusiya prezident iqamətgahına genişmiqyaslı uzunmənzilli dronlardan istifadə edərək terror hücumu təşkil edib.
Xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, 91 PUA-nın hücumu 29 dekabr gecəsi baş verib. Bütün dronlar hava hücumundan müdafiə qrupları tərəfindən məhv edilib.
Diplomatik missiyanın rəhbəri Rusiyanın danışıqlar prosesindən çəkilmək niyyətində olmadığını, lakin hadisələri nəzərə alaraq mövqeyini yenidən nəzərdən keçirəcəyini açıqlayıb.
Bundan əlavə, Putinin iqamətgahına hücumdan sonra Moskvanın cavab zərbəsinin hədəfləri və vaxtı artıq müəyyən edildiyi bildirilib.