Sumqayıtın bu səmtində qaz kəsiləcək

30 Dekabr 2025 10:19 (UTC+04:00)

Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, bu gün şəhərin Yaşıldərə yaşayış massivinin bir hissəsində d89 mm-lik qaz xəttində aşkar olunmuş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar 11:00-dan etibarən qeyd olunan ərazidə ümumilikdə 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdırıldıqdan sonra bərpa ediləcək.

AzNews.az