Deputatın yüksək vəzifədə çalışmış qardaşı vəfat etdi

30 Dekabr 2025 11:47 (UTC+04:00)

Milli Məclisin deputatı, psixologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar Əliyevin ailəsinə ağır itki üz verib.

Bu barədə "Yeni Sabah"a onun yaxınları bildirib.

Deputatın qardaşı Qabil Əliyev uzun sürən xəstəlikdən sonra vəfat edib.

Q.Əliyev müxtəlif vəzifələrdə, o cümlədən Ədliyyə Nazirliyinin İcra Baş idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

AzNews.az