Türkiyədə ƏMƏLİYYAT: 357 nəfər saxlanılıb

30 Dekabr 2025 12:27 (UTC+04:00)

Türkiyədə İŞİD-ə qarşı əməliyyat davam edir.

Aznews.az-ın NTV-yə istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 21 vilayətdə keçirilmiş əməliyyat nəticəsində 357 nəfər saxlanılıb.

Qeyd edək ki, Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub. 8 polis əməkdaşı və bir mühafizəçi yaralanıb, 6 terrorçu zərərsizləşdirilib.