Qərb müttəfiqlərinin beynəlxalq təhlükəsizlik siyasəti genişlənməyə davam edir.
ABŞ Dövlət Departamentinin bir agentliyi olan Müdafiə və Təhlükəsizlik Əməkdaşlıq Agentliyi Danimarkaya hərbi texnika satışı ilə bağlı yazılı açıqlama yayıb.
Bəyanatda bildirilir ki, Nazirlik, dolayı yolla atəşdən qorunma qabiliyyətinə malik və çoxsaylı missiyalarda istifadə edilə bilən P-8A dəniz patrul və kəşfiyyat təyyarəsinin və əlaqəli avadanlıqların təxminən 1,8 milyard dollar dəyərində Danimarka hökumətinə satılması qərarını təsdiqləyib.
Qərarla bağlı bildirişin Konqresə göndərildiyi və satışın "NATO üzvü olan Danimarkanın təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasət məqsədlərini və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcəyi" vurğulanıb.
Mövsüm,
AzNews.az