Sabiq icra başçısı azadlığa çıxıb

30 Dekabr 2025 17:06 (UTC+04:00)

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, eks-icra başçısı külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Bir neçə gün əvvəl hazırladığımız yazımızda həbsdəki icra başçılarından yalnız İ.Vəliyevin amnistiyaya düşə biləcəyini bildirmişdik.

AzNews.az