Avropa İttifaqının (Aİ) hazırkı rəhbərliyi qitədə böhrana səbəb olan və müharibə təhlükəsi yaradan yanlış siyasət yürüdür.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
"Müharibə, miqrasiya və enerji təhlükəsizliyi. Təfərrüatlara varmadan, Brüssel müntəzəm olaraq bu vacib suallara səhv cavablar verir və bununla da Avropa xalqlarının çiçəklənməsinə mane olur və mahiyyət etibarilə bütün qitənin gələcəyini təhlükəyə atır", - deyə xarici işlər naziri özünün Facebook səhifəsində yazıb.
Siyasətçi qeyd edib ki, Macarıstan hökuməti Aİ-də müstəqil mövqe tutmağa davam edəcək.
Mövsüm,
AzNews.az