BDYPİ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

30 Dekabr 2025 20:14 (UTC+04:00)

Bayram günlərində əhalinin rahat və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimai təhlükəsizliyin qorunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən gücləndirilmiş iş rejimində fasiləsiz xidmət aparılır.

Aznews.az xəbər verir ki, bu barədə BDYPİ-nin yaydığı məlumatda bildirilir.

İdarə vətəndaşları bayram sevincini təhlükəsizliklə bir arada yaşamağa, qaydalara əməl etməyə və diqqətli olmağa çağırır.