Bakıda ağaclıq sahədə baş verən yanğının qarşısı alınıb

30 Dekabr 2025 21:20 (UTC+04:00)

Nizami rayonu, C.Naxçıvanski küçəsində ağaclıq sahədə yanğın baş verib.

Aznews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində ağaclıq sahədə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub.