Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya mətbuatında danışıqların pozulması ilə bağlı iddialara cavab verib.
Aznews.az xəbər verir ki, jurnalistlərin onlayn suallarını cavablandıran Ukrayna lideri bildirib ki, Kiyev danışıqlardan çıxmır və çalışmaları davam etdirir.
"Bu gün Rüstəm Umerov başda olmaqla bizim qrupumuz amerikalılarla bir neçə dəfə telefonla danışıb. Növbəti addımlarımızı müzakirə edirik. Həmçinin mənim bir neçə liderlə yanvar ayı üzrə diplomatik planımızın hazırlanması ilə bağlı söhbətlərim olub. Bu arada çox aktiv planımız var. Yanvarın 3-də Ukraynada bütün xarici milli təhlükəsizlik müşavirlərini, məsləhətçiləri qarşılamağı planlaşdırırıq. Bütün sənədləri və əlavə məsələləri müzakirə edəcəyik", - Zelenski əlavə edib.