Zelenski Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin detallarını açıqlayıb

30 Dekabr 2025 21:25 (UTC+04:00)

Ukrayna üçün təklif olunan təhlükəsizlik zəmanətləri monitorinq missiyasını və tərəfdaşların sazişin pozulmasına reaksiyası mexanizmini əhatə edir.

Aznews.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

Zelenskinin sözlərinə görə, təhlükəsizlik zəmanətləri mərhələli şəkildə həyata keçiriləcək, bu zaman Ukrayna üçün prioritet atəşkəslə eyni vaxtda monitorinq missiyasının işə salınmasıdır.

"Monitorinq bizim etibar etdiyimiz və texniki cəhətdən bunu həyata keçirməyə qadir olan tərəfdaşlarımızın rəhbərliyi altında aparılacaq – onların peykləri və pilotsuz uçuş aparatları üçün bütün zəruri infrastruktur mövcuddur", – Ukrayna lideri vurğulayıb.

O qeyd edib ki, təhlükəsizlik zəmanətlərinin ikinci hissəsi tərəfdaşların atəşkəs rejiminin mümkün pozulmalarına necə reaksiya verəcəklərinin dəqiq şəkildə təsbit olunmasını nəzərdə tutur.

Aznews.az