Əraqçi: Netanyahu arzusunu reallaşdırmaq üçün ABŞ-ni yenə münaqişəyə cəlb etmək istəyir

30 Dekabr 2025 21:54 (UTC+04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu arzusunu reallaşdırmaq üçün ABŞ-ni yenə münaqişəyə cəlb etmək istəyir.

Aznews.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi "The Guardian"a müsahibəsində deyib.

XİN başçısı iddia edib ki, ABŞ Prezidenti Donald Tramp İranı heç vaxt məğlub edə bilməz, lakin real danışıqlar vasitəsilə hər iki tərəf qələbə qazanar.

"Amerika vətəndaşlarının əksəriyyəti etiraf edirlər ki, İsrail müttəfiq yox, əlavə bir yükdür", - Əraqçi qeyd edib.

O, vurğulayıb ki, 12 günlük müharibədə İsrailin bütün vətəndaşları İranın gücünü öz üzərlərində hiss ediblər.