Maqnus Karlsen doqquzuncu dəfə blits üzrə dünya çempionu olub

30 Dekabr 2025 22:18 (UTC+04:00)

Norveçli şahmatçı Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən blits üzrə dünya çempionatının qalibi olub.

Aznews.az xəbər verir ki, Karlsen finalda Özbəkistandan Nodirbek Abdusattorovu məğlub edib.

Həlletici görüş norveçli şahmatçının 2,5:1,5 hesablı qələbəsi ilə başa çatdı.

Qeyd edək ki, Maqnus Karlsen 9-cu dəfə bu titula yiyələnib.