BƏƏ Yəməndəki antiterror əməliyyatlarını dayandırır

30 Dekabr 2025 22:54 (UTC+04:00)

BƏƏ Müdafiə Nazirliyi Yəməndə antiterror missiyaları həyata keçirən qüvvələrinin fəaliyyətini dayanadırır.

Aznews.az xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, qərar hazırkı mərhələni nəzərə alaraq "öz təşəbbüsü ilə" verilib və "BƏƏ-nin regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi öhdəliyinə uyğundur".

Müdafiə Nazirliyi vurğulayıb ki, "BƏƏ Silahlı Qüvvələri razılaşdırılmış rəsmi açıqlamalarda göstərilən tapşırıqları yerinə yetirdikdən sonra 2019-cu ildə Yəmən Respublikasındakı hərbi mövcudluğunu başa vurub və qalan mövcudluq beynəlxalq tərəfdaşlarla əlaqələndirilmiş şəkildə terrorizmə qarşı mübarizə çərçivəsində xüsusi qruplarla məhdudlaşdırılıb".

Aznews.az