ABŞ Maliyyə Nazirliyi bu sanksiyaların İran və Venesuela ilə silah ticarətini hədəf aldığını bildirib.
Venesuela və İranda yerləşən 10 şəxs və qurumun sanksiya siyahısına əlavə edildiyi qeyd edilən açıqlamada, həmçinin İranın Venesuela ilə dron ticarətinə töhfə verən Venesuela şirkətinin də sanksiya tətbiq olunan qurumlar arasında olduğu bildirilib.
Bəyanatda vurğulanır ki, İranın pilotsuz təyyarə və raket proqramları Yaxın Şərqdəki ABŞ və müttəfiqlərinin heyəti üçün təhlükə yaradır və Qırmızı dənizdə kommersiya gəmiçiliyini qeyri-sabitləşdirir, İranın Venesuelaya təqdim etdiyi ənənəvi silahlar isə ABŞ-ın Qərb yarımkürəsindəki maraqlarına təhlükə yaradır.
Mövsüm,
AzNews.az