Bişkek yaxınlığındakı Baytik kəndində "Digital Kyrgyz Hub" İT-şəhərciyinin tikintisi planlaşdırılır.
Aznews.az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin məlumatında deyilir.
Layihənin baş planı, texniki-iqtisadi əsaslandırması və layihə sənədləri gələn il hazırlanacaq. 10 hektar ərazidə ofislər, akseleratorlar, süni intellekt və kibertəhlükəsizlik mərkəzləri, təhsil klasterləri, yaşayış və sosial obyektlərin, həmçinin data-mərkəzlərin tikintisi nəzərdə tutulur.
Layihənin həyata keçirilməsi təxminən 200 İT şirkəti və startapın fəaliyyətini təmin edəcək, ən azı 5 min iş yeri yaradılacaq.