Rusiyanın Odessaya hücumu nəticəsində altı nəfər xəsarət alıb

31 Dekabr 2025 13:35 (UTC+04:00)

Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə Ukrayanın Odessa şəhərinə kütləvi hücumu nəticəsində xəsarət alanların sayı altı nəfərə çatıb.

Aznews.az xəbər verir ki, bu barədə Odessa şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.

"Bu dəqiqəyə olan məlumata görə, gecə həyata keçirilmiş hücum nəticəsində artıq altı nəfər xəsarət alıb", - o qeyd edib. Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper xəsarət alanların hamısının iki ailənin üzvləri olduğunu bildirib. Onlardan 3-ü 7 ay-14 yaşadək olan uşaqlardır.

"Üçü uşaq olmaqla beş nəfər xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır", - o deyib.

Bundan başqa, iki enerji obyekti də hücuma məruz qalıb.