Türkiyə Müdafiə Nazirliyi bu il təslim olan terrorçuların sayını açıqlayıb

31 Dekabr 2025 13:39 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi 2025-ci ildə təslim olan terroçuların sayını açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə nazirliyin illik hesabat brifinqində məlumat verilib.

Bildirilib ki, bu həftə daha 3 PKK terrorçusunun təslim olması ilə cari il ərzində təslim olanların sayı 111-ə çatıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri ölkənin təhlükəsizliyinə yönələn risk və təhdidlərə qarşı mübarizəni sərhədləri daxilində və hüdudlarından kənarda qətiyyətlə davam etdirir.