Azərbaycan banklarının xalis daxili aktivləri il ərzində 17 %-dən çox artıb

31 Dekabr 2025 13:52 (UTC+04:00)

Bu ilin dekabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 28 milyard 148,2 milyon manat təşkil edib.

Aznews.az xəbər verir ki, bu, aylıq müqayisədə 1,5 % az, ilin əvvəlinə nisbətən 5,8 %, 2024-cü ilin dekabrın 1-i ilə müqayisədə 3,5 % çoxdur.

Hesabat tarixinə bankların xalis daxili aktivləri 20 milyard 513,9 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 8,5 %, ilin əvvəlinə nisbətən 3,1 %, ötən ilin dekabrın 1-i ilə müqayisədə 17,2 % çoxdur.

Azərbaycanda ümumi aktivləri 58 milyard 748,6 milyon manat olan 22 bank fəaliyyət göstərir.