Gələn ilin yanvar ayında Çin-Pakistan strateji dialoqunun növbəti raundu keçiriləcək

31 Dekabr 2025 14:11 (UTC+04:00)

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar 2026-cı il yanvarın 3-5-də Çinə səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Səfər Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və xarici işlər naziri Van İnin dəvəti ilə həyata keçiriləcək. Səfər çərçivəsində Çin və Pakistanın xarici işlər nazirləri arasında strateji dialoqun 7-ci raundu keçiriləcək", - nazirlikdən bildiriblər.