İngiltərə təmsilçisi "Liverpul"un yarımmüdafiəçisi Federiko Kyeza qışda İtaliyanın "Yuventus" klubuna qayıda bilər.
Aznews.az xəbər verir ki, turin kollektivi qış "transfer pəncərəsi"ndə Kyezanı icarəyə götürmək imkanını nəzərdən keçirir .
"Ağ-qaralar" üçün prioritet yarımmüdafiə xəttini gücləndirməkdir.
Qeyd edək ki, Kyeza 2024-cü ilin yayında "Yuventus" dan "Liverpul" a keçib. İtaliyalı futbolçunun "Liverpul" la hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.