2025-ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:52 (UTC+04:00)

2025-ci ildə dünyanın 500 ən varlı insanının sərvəti 2,2 trilyon dollar artıb.

Aznews.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

"Bloomberg"in rifah indeksində qeydə alınan bütün artımın təxminən dörddə biri cəmi 8 nəfərin, o cümlədən "Oracle" şirkətinin Direktorlar Şurasının sədri Larri Ellisonun, "Tesla"nın baş direktoru İlon Maskın, "Alphabet"in həmtəsisçisi Larri Peycin və "Amazon"un qurucusu Ceff Bezosun payına düşüb", - materialda qeyd olunur.

Milyarderlərin ümumi sərvəti 11,9 trilyon dollara çatıb.