Dilarə Əliyeva Prezidentə məktub yazdı

31 Dekabr 2025 18:57 (UTC+04:00)

Əməkdar artist Dilarə Əliyeva, qayınatası - Xalq artisti Vidadi Əliyev, qayınanası – Xalq artisti Elmira İsmayılova və qaynı – teleaparıcı Elçin Əlibəyli ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Əliyevlər ailəsinin məktubunda deyilir:

“Cənab Prezident!

İrəvan Dövlət Azərbaycan Dram Teatrının yeni binasının açılışı həyatı və yaradıcılığı bu sənət ocağına bağlı olan bütün ailəmizə böyük sevinc bəxş etmişdir.

İrəvanda böyük Azərbaycan mədəniyyətinin qorunması işində Sizin fədakarlığınız tarixə düşəcəkdir. Bu adi bina deyil, Qərbi Azərbaycanlıların sənət məbədidir və onun qurucusu Sizsiniz.

Dərin təşəkkürümüzü bildiririk!”

AzNews.az