Yaponiyada zəlzələ qeydə alınıb

31 Dekabr 2025 19:55 (UTC+04:00)

Yaponiyanın şimal-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.

Aznews.az xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Zəlzələnin episentri İvate prefekturasının şərqində, Sakit okeanda olub, ocağın dərinliyi 30 kilometr təşkil edib.

Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur, sunami təhlükəsi də elan edilməyib.