"Çelsi" Entso Mareska ilə yolları ayırdığını açıqlayıb

1 Yanvar 2026 16:55 (UTC+04:00)

İngiltərənin "Çelsi" klubu Entso Mareska ilə yolları ayırdığını açıqlayıb.

Aznews.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bu dəyişkiliyin həm məşqçi həm də komanda üçün faydalı ola biləcəyi vurğulanıb. Həmçinin qarşıya qoyulan məqsədlərə çatmaq üçün bunun daha münasib yol olduğu bildirilib.

Qeyd edək ki, E.Mareska 2024-cü ildən komandanı çalışdırırdı.