Ukrayna səfiri Azərbaycana 2025-ci ildəki dəstəyə görə təşəkkür edib

1 Yanvar 2026 17:31 (UTC+04:00)

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev 2025-ci ildə göstərilən yardıma görə Azərbaycana təşəkkür edib.

Aznews.az xəbər verir ki, bu barədə ukraynalı diplomat "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz (Ukrayna - red.) Azərbaycandakı və bütün dünyadakı tərəfdaşlarımıza, dostlarımıza 2025-ci ildəki dəstəyə görə təşəkkür edirik. Məqsədimiz aydın qalır: azadlıq, ədalətli və davamlı sülh. 2026-cı ildə Ukrayna, Avropa və bütün dünya üçün sülh və təhlükəsizlik naminə işləməyə davam edəcəyik. Qoy yeni il hamı üçün ədalətli sülh gətirsin", - o qeyd edib.