İtaliyada dekabrın 31-dən yanvarın 1-ə keçən gecə pirotexniki vasitələrin partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər isə xəsarət alıb.
Aznews.az xəbər verir ki, müvafiq statistikanı ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.
2026-cı ildə ağır xəsarətlərlə 54 nəfər xəstəxanaya yerləşdirilib. Ölüm faktı Romada qeydə alınıb: 63 yaşlı kişi keyfiyyətsiz pirotexniki vasitənin partlaması nəticəsində həyatını itirib.
Yaralananlar arasında 68 azyaşlı var. Qurumun məlumatına görə, Neapol yaxınlığındakı Kazerta şəhərində Yeni il gecəsi 9 yaşlı uşaq əlindən güllə yarası alıb.
Nazirliyin məlumatına əsasən, xəsarət alanların sayı ötən illə müqayisədə bir qədər azalıb. Belə ki, ötən il 309 nəfər yaralanmışdı.
Aznews.az