2026-cı ildə ümumi daxili məhsulun (ÜDM) artım tempi 6%-dən çox olan, ən sürətlə inkişaf edən iqtisadiyyatların əksəriyyətini Afrika qitəsinin ölkələri təşkil edəcək.
Aznews.az xəbər verir ki, bu barədə Africanews telekanalı Beynəlxalq Valyuta Fonduna (BVF) istinadən məlumat yayıb.
Ruanda, Uqanda və ya Efiopiya kimi ölkələrdə artım tempi 7%-i keçəcək, Cənubi Sudan və Qvineya isə neft və mineral xammalının hasilatı bumuna görə ikiqat rəqəmli ÜDM artımına nail olacaq. Eyni zamanda, BVF ekspertlərinin fikrincə, Afrika qlobal istiləşmənin nəticələri, siyasi qeyri-sabitlik və yüksək xarici borc kimi mənfi amillərin təsirinə diqqət yetirməlidir.
2026-cı ildə qitə ölkələri kreditorlara, demək olar, 95 milyard dollar ödəməli olacaqlar. Keniya kimi ölkələr xarici borcun ödənilməsinə büdcə vəsaitlərinin 20%-ə qədərini yönəltməli olacaq. Xarici investisiyaların axınına baxmayaraq, bəzi ölkələr, məsələn, Mərkəzi Afrika Respublikas planetdə ən az elektrikləşdirilmiş ölkələr arasında qalacaq.