Fransada Yeni il gecəsi mindən çox avtomobil yandırılıb

2 Yanvar 2026 16:11 (UTC+04:00)

Fransada Yeni il gecəsi yandırılan avtomobillərin sayı 1 173-ə çatıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi rəsmi saytında məlumat yayıb.

Nazirliyin açıqlamasında deyilir: “Yandırılan avtomobillərin sayında artım müşahidə olunur: 1 173 avtomobil yanıb, ötən il isə bu rəqəm 984 idi”.

Bununla yanaşı, ölkə üzrə zorakılıq əməlləri və əmlaka ziyan vurulması ilə əlaqədar 505 nəfərin saxlanıldığı, onlardan 403-nün isə həbs edildiyi bildirilib.

Mövsüm,

Aznews.az