Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dəstəklədiyi Cənub Keçid Şurası (CKŞ/GGK) arasında toqquşmaların intensivliyi artıb.
Ölkənin şərqində yerləşən Hadramevt vilayətində CKŞ-yə bağlı qüvvələrin hava zərbələri ilə hədəfə alındığı bildirilir.
Bildirilib ki, ötən ay Hadramevt bölgəsinə nəzarəti ələ keçirən CKŞ-yə bağlı qüvvələrlə, ərazidəki hərbi bazaları geri almağa çalışan Yəmən hökumət qüvvələri arasında silahlı toqquşmalar baş verib.
Hökumətə bağlı Vətən Qalxanı Qüvvələri ilə döyüşə girən CKŞ qüvvələri Hadramevt bölgəsində hava zərbələri ilə vurulub.
Digər tərəfdən, hökumətə yaxın mənbələrin verdiyi məlumata əsasən, Hadramevt Vadisində yerləşən Əl-Haşa bölgəsində Vətən Qalxanı Qüvvələri ilə CKŞ-yə bağlı silahlı dəstələr arasında şiddətli toqquşmalar davam edir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökuməti ölkənin şərqində, BƏƏ-nin dəstəklədiyi CKŞ-nin nəzarətinə keçən Hadramevt vilayətində “Hərbi Qərargahların Geri Alınması Əməliyyatı”na start verildiyini daha əvvəl elan etmişdi.
Mövsüm,
AzNews.az