Şimali Karolinada Yeni il ərəfəsində terror aktının qarşısı alınıb

2 Yanvar 2026 20:56 (UTC+04:00)

ABŞ-nin Federal Təhqiqat Bürosunun (FBR) əməkdaşları və polislər Şimali Karolina ştatında Yeni il ərəfəsində planlaşdırılan terror aktının qarşısını alıblar.

Aznews.az xəbər verir ki, bu barədə FBR məlumat yayıb.

İstintaqın məlumatlarına görə, şübhəli şəxs İŞİD terror qruplaşmasının ideologiyasının təsiri altında hərəkət edib. "Subyekt İŞİD-in təsiri ilə təxribata əl atmaq istəyib", - FBR-dən bildirilib.

Aznews.az